Haqqımızda
Lisenziyalar
Təlimlərimiz
Xəbərlər
İctimaiyyətlə Əlaqələr

İctimaiyyətlə Əlaqələr

“Avadanlıq Layihə Quraşdırma” Əlavə Təhsil Mərkəzi və Sertifikatlaşdırma Orqanı fəaliyyətində şəffaflıq, qərəzsizlik və beynəlxalq standartların tələblərinə uyğunluq prinsiplərini rəhbər tutur. İSO/İEC 17024 standartına uyğun olaraq sertifikatlaşdırma orqanları sertifikatlaşdırma sxemləri, sertifikatlaşdırma prosesi və ilkin tələblər barədə ictimaiyyət üçün açıq məlumat təqdim etməlidirlər.

Saytda aşağıdakı məlumatlar ictimaiyyət üçün açıq şəkildə təqdim edilir:

* Təşkilatın hüquqi statusu və fəaliyyət istiqamətləri;
* Sertifikatlaşdırma və təlim xidmətlərinin əhatə dairəsi;
* Sertifikatlaşdırma sxemləri və sertifikat verilən peşələr;
* Namizədlər üçün müraciət, qiymətləndirmə və sertifikatlaşdırma prosesi;
* Sertifikat almaq üçün ilkin tələblər və uyğunluq meyarları;
* Sertifikatların qüvvədə olma müddəti, yenilənməsi və təkrar sertifikatlaşdırma qaydaları;
* Sertifikatın dayandırılması, ləğv edilməsi və əhatə dairəsinin dəyişdirilməsi qaydaları;
* Qərəzsizlik Siyasəti;
* Məxfilik Siyasəti;
* Şikayət və Apellyasiya Proseduru;
* Etik Davranış Kodeksi;
* Sertifikatlaşdırma üzrə ödəniş və xidmət haqları;
* Sertifikatın doğrulanması (Verification) xidməti;
* Əlaqə məlumatları və müraciət kanalları.

Təşkilat təqdim olunan bütün məlumatların düzgünlüyünü, aktuallığını və əlçatanlığını təmin edir. İctimaiyyət, işəgötürənlər və digər maraqlı tərəflər sertifikatların etibarlılığı, sertifikatlaşdırma qaydaları və xidmətlər barədə əlavə məlumat almaq üçün təşkilata rəsmi müraciət edə bilərlər. Bu yanaşma sertifikatlaşdırma fəaliyyətinə ictimai etimadın artırılmasına və sertifikatlaşdırma prosesinin şəffaf şəkildə həyata keçirilməsinə xidmət edir.